İdman

Emreli Xorvatiyada da azarkeşlərin hücumuna məruz qaldı

13 Mart 2022 12:42
1 Şərh     Baxış: 1 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"sunun futbolçuları "Hayduk" klubuna qarşı Xorvatiya Liqasının XXVII tur oyunundan öncə xoşagəlməz hadisə ilə üzləşiblər.

Milli.Az report-a istinadən xəbər verir ki, Split şəhərindəki derbinin startına bir neçə saat qalmış yerli azarkeşlər qonaq komandanın oyunçularını daşıyan avtobusa daşla hücum çəkiblər.

Eyni hadisə avtobus matçın oynanıldığı "Polyud" stadionuna yaxınlaşdığı vaxt da təkrarlanıb.Xoşbəxtlikdən insident nəticəsində xəsarət alan olmayıb.

Bundan başqa, yerli polis oyun vaxtı iğtişaş yaratmağa və ictimai asayişi pozmağa cəhd edən 89 nəfərin saxlanıldığını bildirib. Onlardan ümumilikdə 35 pirotexniki vasitə, 1 ədəd qaz tapançası və 154 ədəd patronu aşkar edərək götürülüb.

Prinsipial qarşılaşma qolsuz yekunlaşıb. Start heyətində yer alan Emreli 56-cı dəqiqədə əvəzlənərək, yerini komanda yoldaşı Marko Toliçə verib.

Xatırladaq ki, Mahir Emreli Polşa "Legiya"sından məhz azarkeşlərlə insidentə görə ayrılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.