İdman

“Çelsi”nin bank hesabı bloklandı

12 Mart 2022 08:14
0 Şərh     Baxış: 700
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çelsi"nin bank hesabı müvəqqəti olaraq bloklanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Böyük Britaniyanın ən böyük banklarından biri olan "Barclays" "zadəganlar"ın hesabını bloklayıb. Buna səbəb isə Britaniya hökumətinin "Çelsi"nin Roman Abramoviçə qarşı sanksiyalar tətbiq etməsidir.

Qadağaya digər  səbəb kimi "Çelsi"nin futbol fəaliyyətini davam etdirmək üçün verilən lisenziyaya yenidən baxılması göstərilir.

Qeyd edək ki, Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.