İdman

Makqreqor “Çelsi”ni almaq istəyir

3 Mart 2022 10:00
2 Şərh     Baxış: 1 231
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Keçmiş UFC çempionu Konor Makqreqor "Çelsi"ni almaq fikrinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu irlandiyalı idmançı özü açıqlayıb.

34 yaşlı Makqreqor bildirib ki, Roman Abramoviç tərəfindən satışa çıxarılan "zadəganlar"ın səhmlərini almağa hazırdır. O, tvitter səhifəsindəki paylaşımında bu sövdələşmənin həyata keçirilməsi perspektivlərini nəzərdən keçirəcəyini vurğulayıb: "Çelsi" 3 milyard funt sterlinqə satılır. Gəlin alaq".

Buna baxmayaraq, Britaniya mətbuatında Makqreqorun bu qədər sərvətinin olmadığı yazılıb.

Qeyd edək ki, 2003-cü ildən Premyer Liqa təmsilçisinə rəhbərlik edən Roman Abramoviç bu günlərdə təklifləri dəyərləndirməyə hazır olduğunu deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.