İdman

Əzəli rəqiblərin istədiyi futbolçunun transfer qiyməti açıqlandı

1 Mart 2022 18:42
0 Şərh     Baxış: 1 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sevilya"nın müdafiəçisi Jül Kunde "Real"ın hədəfindədir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə "Çelsi" və "Barselona" da maraqlanır.

Əndəlüs təmsilçisi ilə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Fransa millisinin üzvünün sözləşməsində 80 milyon avroluq sərbəst qalma maddəsi var. "Sevilya" yalnız həmin məbləğ qarşılığında əsas müdafiəçisini satmağa razıdır.

Qeyd edək ki Jül Kunde bu mövsüm bütün turnirlərdə keçirdiyi 30 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.