İdman

Mahir Emrelinin oyununda ölüm hadisəsi

25 Fevral 2022 10:16
0 Şərh     Baxış: 2 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının pley-off mərhələsində ötən gecə baş tutan və Azərbaycan millisinin üzvü Mahir Emrelinin də iştirakçısı olduğu "Dinamo Zaqreb" - "Sevilya" (1:0) matçında azarkeş dünyasını dəyişib. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Maksimir" stadionunda yerli azarkeşlərdən biri özünü pis hiss etdiyindən xəstəxanaya aparılıb.

Klubdan verilən açıqlamada səhhətində problem yaranan fanatın huşunu itirdiyi, yaxınlıqdakı tibb bacısı və polis əməkdaşlarının çevik müdaxiləsi ilə ilkin tibbi yardım göstərildiyi vurğulanıbb. Daha sonra həkimlər briqadası ona müdaxilə edib. Buna baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib. Mərhuma infarkt diaqnozu qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.