İdman

"Dinamo"da "Qarabağ"dan tanıdığımız Mahir Emreli var" - Lopeteqi

24 Fevral 2022 07:35
0 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi Avropa Liqasının pley-off mərhələsinin "Dinamo" ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibin hücum xəttindən danışarkən Zaqreb klubunun yeni transferi, millimizin hücumçusu Mahir Emrelini də xüsusi vurğulayıb:

"Biz "Dinamo"nun potensialına bələdik. Mislan Orşiçin bir il əvvəl "Tottenhem"lə oyunda het-trik etməsini xatırlayırıq. Təkcə Orşiç deyil, Petkoviç, Yuriç, "Qarabağ"dan tanıdığımız Mahir Emreli var. Bu hücumçuların böyük potensialı var. "Dinamo"nun oyunu necə quracağına dair aydın təsəvvürlərimiz var. Rəqib nə dərəcədə ciddi komanda olduğunu ilk matçda göstərdi. Sabah hər şey daha da çətin olacaq".

Qeyd edək ki, bu gün keçiriləcək "Dinamo" - "Sevilya" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Komandaların İspaniyadakı ilk görüşündə Zaqreb təmsilçisi 1:3 hesabı ilə uduzub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.