İdman

“Beşiktaş” - “Fənərbağça” matçı Bakıda olacaq? - FOTO

6 Yanvar 2022 15:12
0 Şərh     Baxış: 919
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2011-ci ildə keçirilməmiş Türkiyə Super Kubokunun finalı Bakıda oynanılacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu iddia ilə məşhur türkiyəli jurnalist, futbol şərhçisi Ərtəm Şənər çıxış edib.

O bildirib ki, "Beşiktaş" - "Fənərbağça" matçı avqustda Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev isə Oxu.Az-a açıqlamasında onlarda belə bir məlumat olmadığını bildirib.

Qeyd edək ki, həmin matç "Fənərbağça" prezidenti Aziz Yıldırımın rüşvət iddiasına görə baş tutmayıb. Yaxın günlərdə onun günahsızlığı sübuta yetirildiyindən, "Fənərbağça" həmin matçın təşkil olunmasını tələb edib.

Xatırladaq ki, 2011-ci ildə "Fənərbağça" Türkiyə Super Liqasının, "Beşiktaş" isə ölkə kubokunun sahibi olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.