İdman

Ronaldonun agentindən "Barselona" açıqlaması

1 Yanvar 2022 13:58
0 Şərh     Baxış: 1 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun agenti Jorje Mendeş oyunçunun adının "Barselona" ilə hallanmasına münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, portuqaliyalı oyunçunun Mançester təmsilçisində qalacağını deyib:

"Kriştiano Ronaldo "Mançester Yunayted"də çox xoşbəxtdir. Həmişə karyerasında olduğu kimi, o, əla performans göstərməyə davam edəcək. Şübhə etmirəm ki, bu, onun üçün əla mövsüm olacaq".

Qeyd edək ki,  Ronaldo bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 20 oyun keçirib, 14 qol vurub və 3 qolun ötürməsini verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.