İdman

Stanislav Çerçesov Macarıstan klubunda

21 Dekabr 2021 08:02
0 Şərh     Baxış: 649
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Futbol üzrə Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov özünə yeni iş yeri tapıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis bundan sonra Macarıstanın "Ferentsvaroş" komandasını çalışdıracaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Son ölkə çempionu ilə rusiyalı mütəxəssis arasında imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Çerçesov son olaraq 2016-2021-ci illər aralığında Rusiya yığmasına rəhbərlik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.