İngiltərənin "Mançester Yunayted" klubundan ayrılmaq istəyən uruqvaylı futbolçu Edinson Kavani İspaniya "Barselona"sının təklifini qəbul edib.
Milli.Az report-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu qış fasiləsində Kataloniya təmsilçisinə keçəcək. Təcrübəli forvardın yeni komandası ilə 6 aylıq müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Edinson Kavani 2020-ci ilin oktyabrından "Mançester Yunayted"də çıxış edir.
Milli.Az