İdman

Çempionlar Liqasında 1/8 finalın püşkü yenidən atıldı - YENİLƏNİB

13 Dekabr 2021 18:16
0 Şərh     Baxış: 5 749
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

18:16

Çempionlar Liqası
1/8 final

"Zalsburq" (Avstriya) - "Bavariya" (Almaniya)
"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)
"Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland)
"Çelsi" (İngiltərə) - "Lill" (Fransa)
"Atletiko" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
"Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)
"İnter" (İtaliya) - "Liverpul" (İngiltərə)
PSJ (Fransa) - "Real" (İspaniya)

16:55

İsveçrənin Nyon şəhərində keçirilmiş UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma nəticələri ləğv edilib.

Trend-in məlumatına görə, buna səbəb püşkatma zamanı qeydə alınan texniki səhv olub.

Belə ki, eyni qrupdan çıxmış "Atletiko" (Madrid, İspaniya) və "Liverpul" (İngiltərə) potensial rəqib kimi göstərilib.

Yeni qərara əsasən, püşkatma mərasimi Bakı vaxtı ilə saat 18:00-da təkrar keçiriləcək.

--------

15:23

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsini adlayan 16 komanda püşkdə 8 cüt təşkil edib.

Qrup qalibi olan komandalar ikinci yerin sahibləri ilə qarşılaşacaq. İlk oyunlar səpələnməmişlər səbətində yer alan ikincilərin meydanında baş tutacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxanlar üz-üzə gələ bilməz.

Çempionlar Liqası
1/8 final

"Benfika" (Portuqaliya) - "Real" (İspaniya)
"Vilyarreal" (İspaniya) - "Mançester Siti" (İngiltərə) 
"Atletiko" (İspaniya) - "Bavariya" (Almaniya)
"Zalsburq" (Avstriya) - "Liverpul" (İngiltərə)
"İnter" (İtaliya) - "Ayaks" (Niderland)
"Sportinq" (Portuqaliya) - "Yuventus" (İtaliya)
"Çelsi" (İngiltərə) - "Lill" (Fransa)
PSJ (Fransa) - "Mançester Yunayted" (İngiltərə)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları gələn il fevralın 15-16-da və 22-23-də, cavab görüşləri martın 8-9-da və 15-16-da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.