İdman

Zədələnən futbolçu qəsdən sarı vərəqə aldı - VİDEO

7 Dekabr 2021 18:30
0 Şərh     Baxış: 1 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya La Liqasının XVI turunun "Selta" - "Valensiya" matçında kuryoz hadisə baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, meydan sahiblərinin futbolçusu Yaqo Aspas 11-ci dəqiqədə hesabı açdıqdan sonra vurduğu qolu qeyd edərkən zədələnib. Durumunun ciddi olduğunu hiss edən 34 yaşlı hücumçu hiyləyə əl atıb.

Zədə səbəbindən onsuz da növbəti matçı buraxmalı olacağını başa düşən və bu oyunadək sarı vərəqə limitində olan forvard bilərəkdən formasını çıxararaq mövsüm ərzində 5-ci rəsmi xəbərdarlığını alaraq cəzalı duruma düşüb. Beləliklə, ispaniyalı oyunçu vərəqə limitini sıfırlayıb. 16-cı dəqiqədə isə öz yerini komanda yoldaşı Renato Tapiaya verib.

Qeyd edək ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.