Cəmiyyət

Göyçayda zəncirvari avtomobil qəzası: bir nəfər həlak oldu - FOTO

20 Noyabr 2021 21:53
0 Şərh     Baxış: 1 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17:30 radələrində Göyçay-Ucar avtomobil yolunun Xəlitli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107", "VAZ-2106" və "Mercedes Ateco" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə zamanı 50-DS-952 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü, Göyçay rayonu Yeniarx kənd sakini, 1994-cü il təvəllüdlü Qarayev Nağı Bəhruz oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.