Cəmiyyət

Şəhid oğlunun hərbi formasını geyinən Xalq artisti: “Evdəkilər bu paltarla təskinlik tapır” - FOTO

29 Sentyabr 2021 19:24
1 Şərh     Baxış: 1 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ uğrunda müharibədə şəhid olan baş leytenant Rövşən Nurzadənin hərbi paltarı Tarix Muzeyinə verilib".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nur deyib. Aktyor şəhid oğlunun iki hərbi paltarının olduğunu vurğulayıb:

"Rövşənin paltarının birini Tarix Muzeyi aparıb, ikinci paltarını isə mən geyinirəm. Əynimdəki hərbi paltar oğlumundu. Evin divarından asılmışdı. Düşündüm ki, burda qalınca, özüm geyinim. Odur ki, tədbirlərə gedəndə onu geyinirəm. Evdəkilər də bu paltarla təskinlik tapır".

Aktyorun sözlərinə görə, son vaxtlar dəvət aldığı tədbirlərdən təşkilatçılar ona hərbi paltarda gəlməyi xahiş edirlər:

"Salam, oğlum" şeirini deməyimi istəyirlər. Bu şeir hərbi paltarda gözəl alınır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.