Cəmiyyət

“Atam məni oyandırdı ki, “dur, müharibə başladı” - Qara Qarayev

27 Sentyabr 2021 19:12
0 Şərh     Baxış: 1 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev 27 sentyabr - Anım günü ilə bağlı paylaşım edib. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi feysbuk hesabında ötən ilin bu günü başlayan Vətən müharibəsiylə bağlı bunları qeyd edib:

"29 il sonra Qarabağa doğru ilk addım elə bu dəqiqələrdən başladı. Səhər tezdən - 06:00 radələrdində atam oyandırdı məni, "dur, müharibə başladı". Tez oyandım və mənə ilk olaraq "tez internetdə nələr yazır, bax", dedi... O dəqiqədən sonra yazıları əsgərlərimiz yazdı... Öz qanı ilə, canı ilə Vətən yazdılar. Əbədi olaraq yaddaşlara yazdılar. Bütün dünyaya yazdılar. Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır! Şəhidlərimizi böyük ehtiramla anırıq!". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.