Cəmiyyət

General Rüstəm Muradovu o əvəz edəcək?

7 Sentyabr 2021 15:12
Baxış: 5 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

General-mayor Mixail Kosobokov Qarabağda Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə əsas namizədlərdən biridir.

Milli.Az xəbər verir ki, 58-ci Birləşdirilmiş Silahlı Ordunun (Cənub Hərbi Dairəsi) komandir müavini vəzifəsində çalışan bu şəxs bir vaxtlar Abxaziyadakı Rusiya hərbi bazasına komandanlıq edib.

May ayında Dağlıq Qarabağda sülhməramlı missiyasını başa vuran Rüstəm Muradovun Cənub Hərbi Dairəsi komandirinin müavini general-leytenant Aleksey Avdeevin yerinə keçəcəyi barədə məlumatlar ortaya çıxmışdı. Lakin Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olduğu üçün Muradov daha sonra postunda qaldı.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.