Ali məktəblərə bu il keçirilən qəbul imtahanlarında uğur qazanan ən yaşlı və ən gənc tələbələr məlum olub.
Milli.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, tələbə adını qazanan ən yaşlı abituriyentin 52 yaşı var.
Belə ki, V qrup üzrə keçirilmiş qəbul imtahanlarında iştirak edən 1969-cu il təvəllüdlü Səttarov Mehman Süleyman oğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub. 52 yaşlı tələbə universitetin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə əyani təhsil alacaq. DİM-dən bildirilib ki, bu il tələbə adını qazanan ən gənc abituriyent 2006-cı il təvəllüdlüdür. 15 yaşlı Səfərli Həmid Xaqani oğlu IV qrup üzrə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək, Azərbaycan Tibb Universitetinə qəbul olunub. O, dövlət sifarişi əsasında, əyani təhsil alacaq.
Milli.Az