Cəmiyyət

Həftəsonu 13 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

30 Avqust 2021 11:12
0 Şərh     Baxış: 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avqustun 28-də və 29-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 13 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 5 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.