Cəmiyyət

“Azəriqaz” İB-dən yenilik - VİDEO

24 Avqust 2021 14:20
1 Şərh     Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən olunmuş qaydalara əsasən məişət tipli qaz sayğaclarının dövri yoxlama müddəti 5 il təyin olunub. Yəni, bu vaxt bitdikdən sonra artıq qeyd olunan sayğacların çıxarılması təmin olunmalıdır.

Abonent məmnuniyyətini hər zaman yüksək tutan "Azəriqaz" İstehsalat Birliyi abonentlərin bu məsələ ilə bağlı narazılıqlarının aradan qaldırılması üçün daha bir yenilik tətbiq etdi. Artıq hansısa ünvanda quraşdırılan qaz sayğacının dövri yoxlama müddəti bitibsə, yəni sayğacın dəyişmə vaxtı çatıbsa, Birlik tərəfindən abonentin mobil telefonuna SMS vasitəsilə bildiriş göndəriləcək.

Odur ki, dəyərli vətəndaşlar, mobil telefonunuza qaz sayğacının dəyişmə vaxtını bildirən SMS göndərilsə, dövri yoxlama müddəti başa çatmış qaz sayğaclının çıxarılması təmin etməyə tələsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.