Cəmiyyət

Zaqatalada yük maşını körpüdən aşıb - FOTO

18 Avqust 2021 17:42
0 Şərh     Baxış: 986
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zaqatalada yük maşını körpüdən aşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonunun Mazıx kəndi ərazisindən keçən hissəsində baş verib. "Qazel" markalı, 34 AC 272 dövlət nömrə nişanlı yük maşını idarəetməni itirərək ərazidən axan çayın üzərindəki körpüdən çökəkliyə aşıb. Sürücü maşında sıxılmış vəziyyətdə qalıb. Sürücünü xilas etmək üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib.

Hazırda sürücünün xilasetmə prosesi aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.