Cəmiyyət

DİN-dən feministlərin aksiyası ilə bağlı açıqlama

5 Avqust 2021 11:04
2 Şərh     Baxış: 3 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün bir qrup feminist fəal əri tərəfindən öldürülən Sevinc Məhərrəmovanın qətli ilə bağlı Xəzər rayon Polis İdarəsinin qarşısında aksiya keçirməyə cəhd edib. Onlar simvolik olaraq idarənin qapısına qırmızı boya atıblar. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti şöbə rəisi Elşad Hacıyev sorğumuza cavab olaraq bildirib ki, hadisə zamanı saxlanılan olmayıb.

Polis İdarəsinin qarşısına toplaşan fəalların iddiasına görə, onlar daha sonra inzibati binaya çağırılaraq zorakılığa məruz qalıblar. Sözügedən İdarənin Elmir İbrahimov və Pərviz adlı polis əməkdaşlarından şikayətçi olan qadınlar döyüldüklərini və şəxslərinə qarşı təhqiredici ifadələrə yol verildiyini iddia ediblər. 

Elşad Hacıyev bu iddialara da münasibət bildirib: "Sözügedən şəxslərin iddiaları əsassızdır və həqiqəti əks etdirmir. Heç bir şəxsə bu və ya digər baxımdan təzyiq göstərilməyib".

Xatırladaq ki, avqustun 3-də 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmova əri Füzuli Qarayev tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində çoxsaylı bıçaq zərbələri nəticəsində öldürülüb. Hələ mart ayında S. Məhərrəmovanın əri Füzuli Qarayev tərəfindən işgəncələrə məruz qalması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı.

Ötən gün DİN növbəti dəfə açıqlama yayaraq bu məsələdə polisin daha çox müzakirə edilməsinə aydınlıq gətirmişdi. Elşad Hacıyev hadisəni ağır, faciəvi adlandıraraq bu halın baş verməməli olduğunu qeyd etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.