Cəmiyyət

Avtobusda maska taxmayanlar cərimələnir

4 Avqust 2021 17:16
0 Şərh     Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ictimai nəqliyyatda tibbi maskadan istifadəni təşviq etmək məqsədilə yol polisi tərəfindən reydlərə başlanılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Milli.Az-a deyib ki, ictimai nəqliyyat vasitələrində qanunvericiliyə uyğun reydlər keçirilir.

V.Əsədov bildirib ki, pandemiya qaydalarına uyğun olaraq ictimai nəqliyyatda tibbi maskalardan istifadə edilməlidir: "Reydlərin keçirilməsində məqsəd tibbi maskadan istifadəni təşviq etməkdir. Təkcə inzibati tənbeh tədbirləri görülmür, eyni zamanda, profilaktik tədbirlərin keçirilməsinə üstünlük verilir, təbliğat gücləndirilir, vətəndaşlara bu tələblərin yetirilməsinin vacibliyi vurğulanır.

Reydlərin keçirilməsində məqsədimiz vətəndaşları cərimələmək deyil. Bir daha vətəndaşlardan xahiş edirik ki, mövcud tələbləri yerinə yetirsinlər, özlərini və ətrafdakıları qorusunlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.