Cəmiyyət

Bələdiyyə sədrinin 500 manat aldığı vətəndaşın problemi həll olundu - VİDEO

17 İyul 2021 11:49
0 Şərh     Baxış: 1 135
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Füzuli rayonu, Mirzənağılı kənd sakini Baxşalıyev Yaşar Baxış oğlu Qazaxlar kənd bələdiyyəsinin sədrinin ondan torpaq sahəsinin özəlləşməsi üçün dövlət rüsumu olaraq 500 manat pul alması,özəlləşmə prosesinin ləngiməsi ilə bağlı Füzuli rayon prokurorluğuna müraciət etmişdir.

Araşdırma nəticəsində məsələ müsbət həllini tapmış və Y.Baxşalıyevin müraciəti təmin olunmuşdur.
Vətəndaş Yaşar Baxşalıyev prokurorluğun sosial şəbəkə hesabına çəkdiyi videonu göndərərək ictimailəşdirilməsini xahiş etmişdir.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx "sözvətəndaşda" həştəqi ilə ictimaiyyətə təqdim olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.