Cəmiyyət

Delta ştammına yoluxanlarda bu əlamət olur - VIDEO

17 İyul 2021 00:18
0 Şərh     Baxış: 2 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Delta ştammına yoluxan şəxslərdə xəstəlik özünü 3-5 gün ərzində büruzə verir.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.

O bildirib ki, delta ştammına yoluxan şəxslərdə daha çox burun axması müşahidə olunur:

"Əgər 100 min adam koronaya yoluxubsa, onların hamısında delta ştammı olub-olmamasını müəyyənləşdirməyin mənası yoxdur. Çünki bu ştam ölkədə aşkarlanıbsa, demək müraciət edənlərin böyük əksəriyyətində delta ştammıdır. Bu ştama qat-qat yumşalmış vəziyyətdə rast gəlinir. Gözdən yaş axır, dad və iybilmə çox az hallarda itir. Noyabr-dekabrda müşahidə etidiyimizdən fərqli olan isə daha çox burun axması və boğaz ağrısıdır. Qızdırma isə 37.4-37.5 dərəcə arasında olur. Müəyyən qədər ishal prosesi də özünü çox göstərir və xəstəliyin özünü büruzə vermək müddəti 2 dəfə qısalıb. Əgər adi koronaya yoluxma 2-21 gün ərzində müşahidə olunurdusa, bu ştamm 3-5 gün ərzində özünü göstərir və 7 dəfə daha sürətli yayılır. Lakin artıq dünyanın bir çox ölkəsində vaksinasiya tətbiq olunub. Onun necə yayılacağı böyük sualdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.