Cəmiyyət

Qış parkında dünən nə baş verib?

16 İyul 2021 13:09
0 Şərh     Baxış: 1 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən ADO teatrının rəhbəri Elmin Bədəlov Qış parkında açıq havada tamaşa keçirib. Sosial şəbəkələrdə E. Bədəlovun və onu izləyən bir neçə nəfərin saxlanılmasını əks etdirən videogörüntü yayılıb. İctimai fəallar tək adamlıq küçə performansının polisin müdaxiləsi ilə dağıdılmasını  tənqid ediblər.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Qafqazinfo-ya açıqlamasında bildirib ki, həmin tədbir zamanı saxlanılan olmayıb: "Pandemiya şəraitində xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq kütləvi tədbirlərin keçirilməsi qanunla qadağandır.

Buna görə dünən polis əməkdaşları həmin ərazidə toplaşan şəxslərə yaxınlaşaraq profilaktik söhbət aparıb və karantin rejimi dövründə toplaşmağın yolverilməz olduğu bildirilib. Daha sonra orada toplaşan şəxslər ərazidən uzaqlaşdırılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.