Cəmiyyət

Zərgər dəqiqliyi ilə: Azərbaycan xüsusi təyinatlıları düşməni belə pusquya salır - VİDEO

13 İyul 2021 14:19
1 Şərh     Baxış: 3 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə ötən ilin payızında Qarabağda aparılmış 44 günlük müharibənin gedişində çəkildiyi bildirilən bir neçə saniyəlik kadrlar yayılıb və həmin kadrlar Azərbaycan xüsusi təyinatlılarının düşmənə necə pusqu qurub cəmi bir neçə saniyədə zərərsizləşdirdiyini göstərir.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu kadrlar çox güman ki, düşmən əsgərlərindən birinin mobil telefonundan götürülüb. Çünki qaranlıq vaxtı düşmənin hərbi yük avtomobili faralarını söndürmüş vəziyyətdə hansısa torpaq yolla hərəkət edir, avtomobilin içərisindəki erməni əsgərlərindən  birinin mobil telefonunun kamerası açıqdır və baş verənləri qeydə alır.

Ardınca uzaqdan minaatan mərmisinin səsi eşidilir, avtomobilin sürücüsü yaxın məsafədən açılan atəşlə (güllə səsi eşidilmir, bu da atəşin səsboğucu ilə təchiz edilmiş silahdan açıldığını deməyə əsas verir)  vurulur və hərbi nəqliyyat vasitəsi hərəkətini dayandırır. Və heç bir-iki saniyə də keçmir ki, Azərbaycan ordusunun uniformasında olan hərbçi avtomobilin qapısını açır, məhv edilmiş düşmən əsgərinin avtomatını götürür, kabinəni axtarır. Bu vaxt avtomobildə maqnitofon hələ də açıqdır və erməni mahnısı eşidilir...

Kadrları təhlil edərək belə qənaətə gəlmək olur ki, baş verənlər Azərbaycan xüsusi təyinatlılarının döyüşçülərinin düşmənə qurduqları və zərgər dəqiqliyi ilə işləyən növbəti pusqulardan biridir. Həmin kadrları təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.