Cəmiyyət

Bu ölkədə “Sinovac” vurduranların adı peyvənd siyahısından çıxarıldı

8 İyul 2021 13:18
1 Şərh     Baxış: 1 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sinqapurda Çinin "Sinovac Biotech" şirkətinin koronavirusa qarşı vaksini ilə peyvənd olunan şəxslərin sayı ümumi milli peyvənd sayından çıxarılacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Sinqapurun Səhiyyə Nazirliyi elan edib. Məlumata görə, "Sinovac Biotech" şirkətinin "CoronaVac" adlı vaksini ilə peyvənd olunan Sinqapur vətəndaşları tam peyvənd olunmuş şəxslərin yer aldığı milli siyahıya salınmayacaq. Buna səbəb isə Sinqapur rəhbərliyinin sözügedən bu vaksinin təhlükəsizliyi və effektivliyi barədə hələ də məlumat əldə etməməsidir.

Nazirlik, həmçinin əlavə edib ki, ümumi milli peyvənd siyahısına yalnızca "Moderna" və "Pfizer-BioNTech" vaksinləri ilə peyvənd olunmuş şəxslər daxil ediləcək. Hər iki vaksin kliniki sınaqlarda simptomatik xəstəliklərə qarşı 90%-dən çox effektivlik nümayiş etdirib. "Sinovac" isə sınaqlarda 51%-dən təqribən 84%-ə qədər effektivlik göstərib. 

"CoronaVac" vaksini ilə peyvənd olunan şəxslər də COVID-19 testi verməli olacaqlar. "Moderna" və yaxud "Pfizer/BioNTech" vaksini qəbul etmiş şəxslər isə koronavirusla bağlı test etdirməkdən azaddırlar.

Qeyd edək ki, iyulun 7-də Sinqapurda 62 640 yoluxma və 36 ölüm faktı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.