Cəmiyyət

AAF parkda qanunsuz aparılan tikinti işləri dayandırılıb - VİDEO

7 İyul 2021 18:12
0 Şərh     Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xırdalan şəhərinin Səttar Bəhlulzadə küçəsinə baxan "AAAF İnşaat" MMC-yə məxsus çoxmərtəbəli binaların zirzəmisində qanunsuz qazıntı işlərinin aparılması Fövqəladə Hallar Nazirliyinin nəzarəti ilə dayandırılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,Abşeron rayonu, Xırdalan şəhərində yaşayış binasında tikinti qaydaları pozulub. Buna görə də binanin zirzəmisində  aparılan işlər dayandirilib.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları binanın zirzəmisinə baxış keçirib və məlum olub ki, yaşayış kompleksinin rəhbərliyi yaşayış binasının zirzəmisini ticarət məqsədi ilə alan bir şəxsə satıb. O da həmin binanın zirzəmisində  qapı-pəncərə boşluqları açıb. Bu isə sakinlərin narazılığına səbəb olub.

Hazırda zirzəmidə aparılan tikinti dayandırılıb. Ərazi  FHN-nin əməkdaşları tərəfindən lentlənib. Özünü Ramin kimi təqdim edən şəxs isə ərazidə işlərin dayandırılmasını qazunsuz adlandırıb.

"AAAF İnşaat" MMC-nin mətbuat katibi Kənan Məstəliyev isə açıqlamasında bu məsələdə təmsil etdiyi şirkətin məsuliyyət daşımadığını bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.