07.07.2021
07:34
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində su kanalında batan 2009-cu il təvəllüdlü İsmayılzadə Əziz Oqtay oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ə.İsmayılzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
----------------
06.07.2021
21:45
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) su kanalında batması barədə məlumat daxil olub.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.
Milli.Az