Bakıda kanalda batan şəxsin meyiti tapılıb

7 İyul 2021 07:34

07.07.2021

07:34

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində su kanalında batan 2009-cu il təvəllüdlü İsmayılzadə Əziz Oqtay oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ə.İsmayılzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

----------------

06.07.2021

21:45

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) su kanalında batması barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Milli.Az