Cəmiyyət

Qaradağda və Samuxda avtomobil yanıb

5 İyul 2021 10:44
0 Şərh     Baxış: 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhərinin Qaradağ rayonunda "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb.

Millii.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Samux rayonunun Sərkar kəndində "VAZ" markalı minik avtomobilinin 1 ədəd təkəri və ön hissəsi də yanıb. Avtomobil və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.