Cəmiyyət

Antisanitar vəziyyət, ətrafa yayılan üfunət iyi - Sumqayıtda binanın zirzəmisini su basıb - VİDEO

3 İyul 2021 17:54
Baxış: 807
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda bir yaşayış binasının zirzəmisinə  kanalizasiya suyu  dolub. 10-cu mikrorayonda yerləşən 27 saylı binanın sakinləri 1 ildən çoxdur ki, bu vəziyyətdə yaşamaq məcburiyyətindədirlər. Məsələyə aidiyyatı qurum ilə aydınlıq gətirmişik. 

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, mənzərə olduqca acınacaqlıdır. Sakinlər deyirlər ki, 1 ildən çoxdur,  bu vəziyyətə dözmək məcburiyyətindədirlər. 

Bina sakinlərinin  sözlərinə görə, sözügedən problem isti yay günlərində onların işini bir az da çətinləşdirib. İndi  zirzəmiyə yığılan kanalizasiya suyu ilə yanaşı, min bir xəstəlik daşıyıcısı olan ağcaqanadlarla da mübarizə aparırlar. Aidiyyatı qurum isə məsələ ilə bağlı heç bir addım atmır. 

Məsələ ilə bağlı Azərsu ASC-nin Sumqayıt Su  Kanal idarəsi ilə əlaqə saxlayıb onları sözügedən ünvana dəvət etdik. Qurumun kanalizasiya sahəsi üzrə rəis müavini Ərəstun Nəsibov Xəzər Xəbərə bildirdi ki, problemə səbəb magistral kanalizasiya xəttində baş vermiş qəzadır. Hadisə yanvar ayında olsa da, bərpa işləri hələ də yekunlaşmayıb. 

Qurum rəsmisi binadakı problemin qısa müddət ərzində həll ediləcəyini bildirdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.