Cəmiyyət

Sabah bu yollar bağlı olacaq - SİYAHI

2 İyul 2021 14:01
1 Şərh     Baxış: 3 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi Futbol üzrə AVRO 2020 çempionatı çərcivəsində Bakıda keçiriləcək sonuncu futbol qarşılaşması ilə bağlı hərəkət içtirakçılarına müraciət edib.

İdarədən Milli.Az-a verilən məlumatda bildirilir ki, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyin yanından, Xəlil Rza Ulutürk, Böyük Şor bulvarı, Atletlər kəndi istiqamətində, Heydər Əliyev prospekti ilə hərəkət edən sürücülər isə 1 saylı Asan Xidmətin yanından Xəlil Rza Ulutürk, Atletlər kəndi ətrafı, Böyük Şor Bulvarı istiqamətində hərəkətin məhdudlaşdırılacağını nəzərə alsınlar:

"Qeyd edək ki, həmin əraziyə təşkilat komitəsi tərəfindən fərqlənmə nişanları ilə təchiz olunmuş nəqliyyat vasitələri daxil ola bilər.Sürücülərdən xahiş edirik ki, futbolun keçiriləcəyi gün ərzində ictimai nəqliyyatdan istifadə etsinlər, şəxsi minik nəqliyyat vasitələrində istifadəni məhdudlaşdırsınlar. Bir daha vətəndaşlardan pandemiya ilə əlaqədər olaraq nəzərdə tutulmuş qaydalara riayət etməyi xahiş edirik. Əlavə olaraq qeyd etmək istətirik ki, futbolu izləmək istəyən vətəndaşlarımız Qara Qarayev metorstansiyasının, eləcə də Səməd Vurğun bağının yanından xüsusi ekspress nəqliyyat vasitələri ilə təmin olunacaq"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.