Cəmiyyət

Hacıqabulda baş verən qəzada 2 nəfər xəsarət alıb - FOTO

1 İyul 2021 08:08
0 Şərh     Baxış: 557
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hacıqabulda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 107-ci kilometrliyində, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.

Gədəbəy sakini, 1961-ci il təvəllüdlü Qurbanov Əmrəli Əli oğlunun idarə etditi "Ford Transit" markalı 90-SO-269 dövlət nömrə nişanlı avtomobil Sabirabad sakini, 1978-ci il təvəllüdlü Əliyev Damət Sərxoş oğlunun idarə etdiyi "KamAZ" markalı 54-BB-606 dövlət nömrə nişanlı avtomobilə arxadan çırpılıb.

Nəticədə "Ford" markalı avtomobilin sürcüsü və onun həyat yoldaşı - 1965-ci il təvəllüdlü Qurbanova Tamilla Fərman qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə FHN-in Hacıqabul Yanğından Mühafizə idarəsinin xilasediciləri cəlb edilib. Avtomobildə sıxılmış vəziyyətdə olan sürücü xüsusi avadanlığın köməyi ilə avtomobildən çıxarılıb və yaralılar Şirvan Şəhər Xəstəxanaına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.