Cəmiyyət

Vətən müharibəsinin cəsur döyüşçüsü - VİDEO

25 İyun 2021 21:00
0 Şərh     Baxış: 787
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Torpaqlarımızın işğalda olması ilə heç zaman barışmırdı. Ən böyük arzusu düşmən tapdağında olan Qarabağı azad görmək idi...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri olan Fərid Məmmədzadə 2000-ci ildə Ağdaş şəhərində anadan olub.

Orta məktəbi birtirdikdən sonra kollecə daxil olub. 2019-cu ilin iyulunda isə həqiqi hərbi xidmətə çağırılıb. Fərid Məmmədzadə Xususi Təyinatlı Qüvvələrdə xidmət göstərib.

Ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsinə qatılan Fərid döyüşlərdə şücaət göstərib. O, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Oktyabrın 2-də aldığı güllə yarasından şəhadətə yüksəlib.

Fərid Məmmədzadə musiqi təhsili də alıb. O, Bakıda yerləşən Şuşa musiqi kollecində oxuyan zaman ən böyük arzularından biri də Şuşaya getmək olub.

Fərid Məmmədzadə ölümündən sonra "Vətən uğrunda'', ''Cəsur döyüşçü'' və ''Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.