Cəmiyyət

Qarabağ işğaldan əvvəl və sonra - VİDEO

23 İyun 2021 13:34
Baxış: 2 343
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur fotoqraf Rza Diqqəti yeni layihəsini təqdim edib

Milli.Az Real TV-ə istinadən bildirir ki, dünya şöhrətli fotoqraf Reza Diqqəti "Qarabağ dronla" adlı yeni layihəsini təqdim edib.

1992-ci ildə mən Birinci Qarabağ müharibəsinin şahidi olmuşdum. Müəllif 2020-ci ilin oktyabrındakı İkinci müharibənin şəkillərini çəkdikdən sonra işğaldan sonrakı bütün Qarabağı göstərmək üçün yeni layihəyə başladığını bildirib. Rza Diqqətinin layihəsində Qarabağın şəhərləri, kəndləri, tarixi abidələri, qəbirstanlıqları, meşələri, təbiətini əks etdirən "tarixi" fotolar öz əksini tapıb. Dünya şöhrətli fotoqraf minaların təmizlənməsi və sürətli şəkildə davam edən yenidənqurma işlərini izlədiyini də qeyd edib. Diqqəti hesab edir ki, sözügedən məkanların dronla təqdim edilməsi Qarabağa fərqli baxış deməkdir.Diqqəti hesab edir ki, bu layihə bəşəriyyət tarixinin bu faciəvi anların qaranlıq qalan məqamlarına işıq saçacaq və sülh bu regionda yeganə yaşamaq üsulu olacaq. Layihə çərçivəsində Diqqətinin təqdim etdiyi ilk məkan erməni işğalı nəticəsində dağıdılmış Kəlbəcər şəhəridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.