Şantaj olunan şəxs nələri bilməlidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məişət zorakılığı hələ də təhlükə olaraq qalır. Bir çox hallarda zorakılıq qurbanlıq cəmiyyətdən gizlənir. Yəni, uşaqlar və qadınlar dayanıqlı cəmiyyətin mərkəzində mövzusunda ictimai müzakirədə məlumat verilib ki, qadınların zorakılığa məruz qalması halları artır. Boşanma, qızların rəqəmsal mühitdə üzləşdiyi təhdidlər, qadınlara qarşı zorakılıq hallarının artması da müzakirə edilib.
Milli.Az xəbər verir ki, rayonlarda zorakılığa məruz qalan şəxslərin əksəriyyəti Bakıya üz tutur. Bu halların baş verməməsi üçün məişət zorakılığına qarşı hüquqi sistem gücləndirilməli, zorakılıq qurbanlarının qorunması üçün daha sərt qanunlar tətbiq edilməlidir. Məişət zorakılığına səbəb olan əsas məsələlərdən biri də əksər vaxtlarda qadınların təhsilsiz olması ilə bağlıdır.
Bəs şantaj olunan şəxs nələri bilməlidir?
Azərbaycan qanunvericiliyi şəxsi həyatın toxunulmazlığını qorumaq üçün bir sıra maddələr nəzərdə tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri böhtan və təhqiri cinayət məsuliyyəti kimi tanıyır. Şəxsin fotoşop edilmiş şəkildə alçaldılması, hətta yayımlanmasa belə, yayılacağı ilə təhdid edilməsi bu maddələrin əhatə dairəsinə düşə bilər. Daha konkret hallarda isə Məcəllənin 182-ci maddəsi - hədə-qorxu ilə tələb etmə (şantaj) işə düşür. Burada əsas məsələ sübut mexanizmidir: görüntünün saxta olduğunu göstərmək, hədə-qorxu faktını sənədləşdirmək və hüquq-mühafizə orqanlarına təqdim etmək. Məsələn, son illərdə ölkəmizdə dəfələrlə sosial şəbəkələrdə saxta fotolarla qadınların şantaj olunması halları gündəmə gəlib. Hüquq müdafiəçiləri qeyd edir ki, belə hallarda qurbanlar çox vaxt polisə müraciət etməkdən çəkinirlər, çünki "məsələ ictimailəşəcək" qorxusu ilə yaşamağa üstünlük verirlər. Halbuki hüquqi baxımdan ən düzgün addım dərhal müraciət etməkdir. Hüquqi müstəvidə gecikmə çox zaman sübutların itməsi ilə nəticələnir.
Hüquqi çıxış yolunun əsas başlanğıcı müraciət prosedurudur. Azərbaycan qanunlarına görə, hər bir vətəndaş təhqir, böhtan və şantaj halları ilə bağlı Daxili İşlər Nazirliyinə və ya Baş Prokurorluğa müraciət edə bilər. Bunun üçün sosial şəbəkədən gələn mesajların ekran görüntüləri, e-mail yazışmaları və ya saxta şəkillərin nümunələri hüquqi sübut kimi təqdim olunur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Mülki Məcəlləsində də şəxsin şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı ayrıca müddəalar var. Zərərçəkən yalnız cinayət işinin açılmasını deyil, həm də maddi və mənəvi təzminat tələb edə bilər. Bu, zərərçəkənə həm hüquqi, həm də simvolik ədalət qazandırır.
Asya Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Natiq Nağıyev vəzifəsindən azad edildi
-
Metronun ən çox istifadə olunan stansiyası açıqlandı
-
Azərbaycanda bu körpü tam bağlanır
-
Tanınmış oftalmoloq-cərrah yeni şöbəyə rəhbərlik edəcək
-
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
-
Qarabağ müharibəsində qələbəni dron deyil, milli güc vəstrateji liderlik qazandı: ABŞ-ın tanınmış generalları kitab yazdı
XƏBƏR LENTİ
-
Natiq Nağıyev vəzifəsindən azad edildi
-
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu - Yenilənib
-
Xətai və Suraxanıda qaz kəsiləcək
-
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
-
“Bakı – azadlıq vahəsi”: “Bloody Mary” – təxəyyülün, qroteskin və canlı emosiyaların teatrı - (Foto)
-
Metronun ən çox istifadə olunan stansiyası açıqlandı
-
“Muzeydə mühazirə” layihəsi çərçivəsində “Çağdaş sənətnədir? Müasir rəssam kimdir?” mövzusunda mühazirə keçirilib - (Foto)
-
"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"
-
Bakı–Qazax yolunda məhdudiyyət olacaq: İki marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir
-
Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş - Yenilənib
-
“AVAZ-7” Televiziya Muğam Müsabiqəsinin növbəti buraxılışı şəhid gizir Səbuhi Əhmədovun əziz xatirəsinə həsr olunub - (Foto)
-
Avtomatla atəş açan hərbçinin məhkəməsi başa çatdı
-
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
-
Azərbaycanda bu körpü tam bağlanır
-
Asiyada ikinci NATO yaratmaq istəyirlər
-
Məkkə istiqamətində PUA təhlükəsi - Səudiyyə Ərəbistanından açıqlama
-
Tanınmış oftalmoloq-cərrah yeni şöbəyə rəhbərlik edəcək
-
DTX-dən əməliyyat: Xaricdən idarə olunan qruplaşmanın təşkilatçısı həbs edildi - (Foto)
-
“Arka Sokaklar” yayımlanacaq? - "Mesut komiser" açıqladı - (Video)
-
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
-
TikTok-da tanış olduğu qadını gecələməyə razı sala bilməyib döydü
-
Qarabağ müharibəsində qələbəni dron deyil, milli güc vəstrateji liderlik qazandı: ABŞ-ın tanınmış generalları kitab yazdı
-
“Muhteşem yüzyıl"ın Mustafası italyan xanımı ilə - (Video)
-
Aeroportlarda VİP otaqlara giriş qaydası dəyişdi





