Cəmiyyət

Bu qızın 100 min izləyicisi var - VİDEO

21 İyun 2021 11:44
Baxış: 1 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlətin dəstəyi ilə işə başlayan 21 yaşlı Nurgül Akdoğan heyvandarlıqda tutarlı gəlir əldə edən gənc sahibkara çevrilib. 1 il əvvəl Nurgül kənd həyatını anladan maraqlı videoları sosial şəbəkədə paylaşmağa başlayıb. Videolar böyük maraqla izlənib. Hazırda Nürgülün "Kəndçı qız Nürgül" adıyla paylaşdığı videolar 100 min izləyici toplayır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Nürgül Akdoğan ailəsiylə birlikdə 100 böyük baş, 400 də kiçik baş heyvana sahibdirlər. Həm heyvandarlıqdan qazanc əldə edir, həm də sosial mediadakı paylaşımları Nürgülə gəlir gətirir. Nürgül Boluya bağlı Fırınlıq kəndində yaşayır. "1 ildir YouTube-də kənd təsərrüfatı, heyvandarlıqla bağlı izahlar verir, kənd həyatını anladan videolar çəkirəm. İstəyirəm insanlar kənd həyatının bütün gözəlliklərini görsünlər. Heyvandarlıqla bağlı bilmədiklərini öyrənsinlər. Gözəl şeylər paylaşınca gözəl də qarşılıq alıram. İnsanlar kənd həyatı ilə maraqlanır, mənə suallar göndərirlər. Bir çox insan paylaşımlarımı izlədikdən sonra kənd həyatına döndüyünü yazır. İnsanlar kəndlərinə geri dönür. Mənim kimi dövlətdən dəstək alıb sahibkaqlıq fəailiyyətinə başlayanlar da var", söyləyən Nurgül Akdoğan bu yaxınlarda dövlət dəstəyi ilə daha bir neşə baş qoyun aldıqlarını deyib. Həyətdə kənd həyatına uyğun heyvanlar bəslənir; qoyun, keçi, toyuq-cücə, it, pişik...

"Bir gün inəklərləyəm, bir gün qoyunlarla. Bura əsl fermadır. Gün ərzində nə iş görsəm, onu da çəkib paylaşıram. Bütün heyvanları sevirəm deyə, hər heyvan cinsindən bir deyil, bir neçəsini alırıq", deyən Nurgülün atası Cengiz Akdoğan da qızına dəstək olduğunu söyləyib: "Çalışanın, zəhmət çəkənin hər yerdə bir parça çörəyi olacaq. Mən sonunadək qızımın arxasındayam. Ona telefon da almışam, motosikleti də var. Qızım gənclərə örnəkdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.