Cəmiyyət

Almaniya Azərbaycanı COVID-19 ilə əlaqədar yüksəkriskli ölkələr sırasından çıxarıb

11 İyun 2021 16:18
Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Azərbaycanı COVID-19 pandemiyası ilə əlaqədar yüksəkriskli ölkələr sırasından çıxarıb.

Milli.Az bu barədə Almaniya Federal Səhiyyə Nazirliyinin Robert Kox İnstitutuna istinadən məlumat verir.

Yenilənmiş siyahı iyunun 11-də dərc olunub. Təhlükəsiz ölkələr siyahısında Kanada, ABŞ, Xorvatiya, İsveçrə, Norveç kimi ölkələr yer alıb.

Qeyd edək ki, bu günədək Azərbaycanda 334 992 nəfər koronavirusa yoluxub. Onlardan 327 907 nəfəri sağlıb, 4 951 nəfəri vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.