Cəmiyyət

Azad olunan ərazilərə ceyranların buraxılacağı vaxt məlum oldu

7 İyun 2021 08:28
Baxış: 1 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğaldan azad olunan ərazilərə ceyranların buraxılması prosesinin vaxtı məlum olub.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib.

O bildirib ki, ceyranlar həmin ərazilərə sentyabr ayından sonra buraxılacaq: "Hazırda ceyranların balalama mövsümüdür. Ona görə də biz iyun və iyul aylarını gözləmək məcburiyyətindəyik. Balalama mövsümü başa çatandan sonra məlum olacaq ki, ceyranların sayı nə qədərdir və hansı ərazilərə neçə ceyran buraxılacaq. Biz adətən bu prosesi sentyabr ayında həyata keçiririk. Sentyabr ayında artıq məlum olacaq ki, hansı ərazilərə, o cümlədən işğaldan azad olunan yerlərə nə qədər ceyran buraxılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.