Cəmiyyət

Novxanı-Binəqədi yolunda zəncirvari qəza, yaralılar var - FOTO

6 İyun 2021 21:10
Baxış: 1 228
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Novxanı-Binəqədi yolunda ağır qəza olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Novxanı-Binəqədi avtomobil yolunun 7-ci kilometrliyində baş verib. Belə ki, hərəkətdə olan 2 "Mercedes" markalı, "Tofaş" və "Toyota" markalı avtomobillərinin iştirakı ilə zəncirvari qəza qeydə alınıb.

Qəza nəticəsində minik avtomobillərinə ciddi ziyan dəyib və 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Bir müddət yolda tıxac yaranıb.

Əraziyə yol polisinin əməkdaşları cəlb olunub və yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.