Cəmiyyət

Gənc tədqiqatçı evində AXC dövrünə aid materialları saxlayır - VİDEO

30 May 2021 01:30
Baxış: 1 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tədqiqatçı-jurnalist Dilqəm Əhməd Azərbaycan mühacirət tarixinə dair materialları toplayır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, o, qiymətli materiallar əsasən Türkiyədən, eləcə də dünyanın bir sıra ölkələrində keçirilən hərraclardan əldə edib.

Dilqəm Əhməd deyir ki, Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) dair hər dəyərli materialın ölkəyə gətirilməsi üçün lazım olan maddi vəsaiti həmvətənlərimiz təmin edir. Bunun üçün o, ya sosial platformalarda kampaniyalar təşkil edir, ya da dostlarının çağırışlarından faydalanır.

Gənc araşdırmaçı bu xidmətlərinə görə Cümhuriyyətin 100 illiyi münasibətilə medala da layiq görülüb. İndi onun ən böyük arzusu Şuşada Cümhuriyyət muzeyinin açılması və qoruduğu materialları ora əmanət etməkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.