Cəmiyyət

Polkovnik sərhəddəki əsgərlərə çağırış etdi

27 May 2021 02:10
Baxış: 1 798
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan ordusu həmişə ciddi intizam problemləri yaşayıb.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında polkovnik-leytenant İbrahim Rüstəmli son günlər Ermənistan ordusunda baş verən ölüm halları ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, Ermənistan ordusunda şərəf və ləyaqətin alçaldılması, təhqir edilməsi kimi hallar həmişə mövcud olub.

Polkovnikin fikrincə, bu kimi hallar ordu daxilində insidentlərə gətirib çıxarır:

"44 günlük müharibədə Azərbaycan Ordusunun həlledici zərbələri nəticəsində Ermənistan ordusunun bütün infrastrukturu sıradan çıxarıldı. Onsuz da başıpozuq, intizamsız ordunun vəziyyəti daha da pisləşdi. Nəticədə daxili insidentler intensivləşdi, intiharlar, cinayət hadisələri özünü daha qabarıq büruzə verməyə başladı. Bu hallar Ermənistan ordusunun təcrübəsində adi haldır. Bu gün də bunun analoji nümunəsi ilə üz-üzəyik. Ermənistan ordusunda bu kimi hadisələr artan templə davam edəcək".

Polkovnik qeyd edib ki, Azərbaycan ordusunun qonşuluğunda belə nizam-intizamsız, başıpozuq ordunun olması, əlbəttə, ciddi problemdir:

"Yəni bu, Azərbaycan Ordusundakı əsgər və zabitlərin üzərinə ikiqat məsuliyyət qoyur. Ordumuzun sərhəddə xidmət edən şəxsi heyətini bir daha çox soyuqqanlı olmağa səsləyirəm. İntizamsız bir adamla yol getmək necədirsə, intizamsız bir ordunun qonşuluğunda xidmət aparmaq da eynidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.