Cəmiyyət

Bakıda daha bir avtobus kartla ödənişə keçir

26 May 2021 12:39
Baxış: 2 094
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda daha bir avtobus BakıKart sisteminə keçir.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, mayın 27-dən 49 nömrəli marşrut xətti ("28 May" m/s (Səməd Vurğun bağı) - Sabunçu qəs.(Qəzənfər Musabəyov küç.)) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.