Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın yeganə fransızdilli mətbu orqanı "Le Carrefour" (Yol qovşağı) qəzetinin təsisçisi, www.lecarrefour.az saytının rəhbəri, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransanın "Turquie-news.com" xəbər portalında " Qarabağdakı minalanmış ərazilərin xəritələri haradadır? " (Ou sont des cartes des territoires minés au Karabagh ?) başlıqlı məqaləsi yayımlanıb.
Milli.Az bildirir ki, məqalədə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra Qarabagda ermənilər tərəfindən minalanmış ərazilərin xəritəsinin bu günədək Azərbaycana təhvil verilməməsi məsələsi qabardılır və Ermənistanin minalanmış ərazilərin xəritəsini verməməklə beynəlxalq hüququn prinsiplərini pozduqları qeyd olunur.
Müəllif yazır ki, müharibədən aylar keçməsinə baxmayaraq, Ermənistan tərəfi azad edilmiş ərazilərdəki minaların xəritəsini verməkdən imtina edir. Üçtərəfli bəyanat imzalandıqdan sonra müharibə dayandırılsa da, Ermənistanın hərbi cinayətləri bu minalar nəticəsində insan tələfatı ilə davam edir. Qarabağda mina partlaması nəticəsində 22 azərbaycanlı mülki və hərbçi həlak olub, 100 nəfər yaralanıb. Müəllif tank əleyhinə mina nəticəsində iki rus hərbçinin yaralanması faktına da diqqət çəkərək, ilkin hesablamalara görə, partlamamış hərbi sursatların döyüş sahəsindən təmizlənməsi 5-6 il, minalardan tam təmizlənməsinin isə 10-13 il çəkəcəyini bildirir.
Beynəlxalq mediada yayımlanan "Ermənistan Qarabağda və ətrafında mina qoymağa 350 milyon dollar xərclədi" sərlövhəli məqaləyə istinad edən müəllif "Ermənilər minalara 300 milyon dollardan çox pul xərcləyiblərsə, bu pullar haradan gəlib? Erməni lobbisinin pulu minalara gedib, yoxsa ermənilərə xərclənib ?"- deyə istehza ilə sual verir.
Z.Kazımova məqalədə Ermənistanın qeyri-insani addım ataraq ziyarətgahları və qəbiristanlıqları yerlə yeksan etdiyini və minaladığını da bir daha diqqətə çatdırır. "Beynəlxalq birliyin susması Ermənistana mülki əhali və tank əleyhinə mina xəritələrini gizli saxlamağa imkan verir" - deyə məqalədə vurğulanır.
Sonda jurnalist bir daha Ermənistanın 12 Avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasını, habelə Konvensiyanın İkinci Protokolunu, həmçinin Birləşmiş Millətlər Təşkilatının 1999-cu il tarixli Konvensiyasının müddəalarını ciddi şəkildə pozduğunu qeyd edir.
Məqalə sözügedən xəbər portalının manşetində yerləşdirilib, həmçinin sosial şəbəkə hesablarında da yayımlanıb.
https://www.turquie-news.com/ou-sont-des-cartes-des-territoires-mines-au
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb





