Cəmiyyət

Bakıda piyada keçidinin üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib - VİDEO

6 May 2021 16:36
Baxış: 849
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda piyada keçidinin üzərində yeni işıqlandırma sistemləri tətbiq edilib.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, Bakı şəhərində piyada təhlükəsizliyinin artırılması istiqamətində işlər davam etdirilir:

"Bu çərçivədə Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində asfalt örtüyü üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib. Bu cür işıqlandırılma sistemləri sürücülər və piyadaların daha diqqətli olmaları ilə yanaşı, həm də piyadaların piyada keçidindən istifadəsini təşviq edir.

Hazırda bir sıra ehtiyac olan digər ərazilərdə də işıqlandırma sistemlərinin tətbiq edilməsi istiqamətində işlər aparılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.