Cəmiyyət

Gözlərində sevinclə şəhadətə yüksəldi - VİDEO

30 Aprel 2021 15:19
Baxış: 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bayram Qasımov Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub

Milli.Az Real TV-ə istinadən bildirir ki, gələcək nəsillərin firavanlığı üçün canını fəda edən qəhrəmanlarımızdan biri də Bayram Qasımovdur. O, 21 mart 2001-ci ildə Gədəbəy rayonunun Novo İvanovka kəndində anadan olub.

2007-2018-ci illərdə doğulduğu kənddə orta təhsilə yiyələnib. 2019-cu ildə hərbi xidmətə yollanıb.

2020-ci il sentyabr ayının sonlarından Vətən uğrunda döyüşlərdə iştirak edib. Murovdağ, Füzuli, Cəbrayıl ətrafı mübarizələrdə qəhrəmanlıqlarıyla seçilib.

4 oktyabrda döyüş yoldaşlarına gülərək "Siz davam edin" deyən qəhrəmanımız inanırdı ki, haqq yolunda vuruşanlar məğlub olmaz. Həmin gün Bayram Qasımov gözlərində sevinc Şəhadətə yüksəldi...

Azərbaycanın ərazi bütövlüyü uğrunda şücayət göstərən Bayram Qasımov ölkə başıçısının Sərəncamına əsasən "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltiflənib. Şəhadətin mübarək, Şəhidim!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.