18:42
Vətən müharibəsində şəhid olmuş hərbçi Ələkbər Əlövsət oğlu Musayev dəfn olunub.
Milli.Az APA-ya istinadən bildirir ki, müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu Ə. Musayev doğulduğu Cəlilabad rayonunun Mollalı kəndində bu gün torpağa tapşırılıb.
----------
17:05
Vətən müharibəsində itkin düşən daha bir hərbçi Musayev Ələkbər Əlövsət oğlunun şəhid olduğu məlum olub.
Bu barədə Milli.Az-a Cəlilabad rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, müharibənin ilk günlərindən itkin düşən 1999-cu il təvəllüdlü Müddətdən Artıq Həqiqi Hərbi Xidmət qulluqçusu olan şəhidin nəşi hazırda anadan olduğu Cəlilabad rayonunun Mollalı kəndinə gətirilir. O, vida mərasimindən sonra bu gün torpağa tapşırılacaq.
Milli.Az