Cəmiyyət

Gənclər təşkilatı regionlarda qanvermə aksiyalarına start verdi - FOTO

26 Aprel 2021 17:57
Baxış: 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənclər üçün Təhsil Mərkəzi Şirvan şəhərində irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqları qanla təmin etmək üçün könüllü qanvermə aksiyasına başlayıb.

Mərkəzdən Milli.Az-a bildirilib ki, qanvermə aksiyasından yığılan qan tədarükünün hemofiliyalı və talassemiyalı xəstələrin qan ehtiyaclarını ödəmək üçün yaranan qan çatışmazlığının qismən aradan qaldırılmasına yönəldilməsi nəzərdə tutulub.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, koronavirus pandemiyası zamanı qan xəstəliyindən əziyyət çəkən xəstələr üçün qanvermə aksiyaları əsasən Bakı şəhərində həyata keçirilmiş, regionlarda o qədər də ürəkaçan səviyyədə olmamışdır. Bu da regionlarda qana ehtiyacı xəsətələrimizin tələbatının ödənilməsində müəyyən çətinliklər yaratmışdır. Bu baxımdan hazırda regionlarda bu aksiyaya start vermişik. Düşünürük ki, bu aksiyanı təşviq etmək zəruridir.

Qeyd edək ki, bu gün Şirvan şəhərində təşkil olunan qanvermə aksiyasında müxtəlif yaş kateqoriyasından olan 80 nəfərdən çox donor iştirak edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.