Qax rayonunda tütün yetişdirib təhvil verən fermerlər məhsullarının pulunu ala bilmirlər.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, problem Qax rayonu, Qorağan kənd sakini Valeh İsmayılov kimi bir neçə fermerin başına gəlib.
Hər il 10-15 hektara yaxın ərazidə tütün yetişdirən fermerlər keçənilki pullarını ala bilmirlər. Üstəlik, bu ilki ştillər də pul olmadığından sahələrə köçürülə bilmir.
5 hektar sahədə tütün əkilməsi üçün müqavilə bağlayan fermer işçilərin keçənilki pulunu da ödəyə bilmir.
Tütün yetişdirən Əzəddin Əhmədov deyir ki, onların işinin gedişatında çətinlik yaranıb.
Məsələ ilə bağlı Zaqatala rayon "Azərtütün" MMC-yə müraciət etdik. Qurumdan məlumat verildi ki, ödəmələrdə yaranan problem pandemiya ilə əlaqədar xarici bazarlara çıxa bilməməkdədir.
İstixanalarda yetişdirilən şitillərin sahələrə köçürülməsinin vaxti isə keçir. Sakinlər tezliklə pullarını almalıdırlar ki, işlərini davam etdirə bilsinlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az